Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ailəsi ilə yaşadığı problemlər səbəbindən xəstəxanaya yerləşdirilən məşhur türkiyəli musiqiçi və aktyor Özcan Deniz özünü artıq yaxşı hiss edir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o özünün sosial media hesabından xəbər verib. "Çəkiliş zamanı ürək çatışmazlığı yaşadım.
Sağ olsun həkimim, əziz Bingür Sönməzin müdaxiləsi və canım, həyat yoldaşımın evdə göz bəbəyi kimi baxması ilə hər şey arxada qaldı.
Çox yaxşıyam və hər şey qaydasındadır", - deyə o paylaşımında bildirib.
Xatırladaq ki, məşhur aktyor rol aldığı "Kızıl Goncalar" serialının çəkiliş meydançasında huşunu itirib.
Təcili yardımla xəstəxanaya çatdırılan Özcan Denizin infarkt keçirdiyi məlum olub.
İlk müdaxilədən sonra koronar angioqrafiya (anju) edilən ulduz aktyor iki həftə sonra yenidən xəstəxanaya gedəcək və ürəyindəki tıxanmış damara stent qoyulacaq.