Ailəsi meyiti tapılan şəxsin öldürüldüyünü iddia edir FOTO

04.02.2026

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Göygöldə dərədən meyiti tapılan 40 yaşlı kişinin qətlə yetirildiyi məlum olub.

Bunu "Unikal"a qətlə yetirilən Saqib Quliyevin anası Rəna Quliyeva bildirirb. Mərhumun anasın sözlərinə görə, onun oğlunu öldürüb dərəyə atıblar.

”Evdə oturmuşdum. Xəbər gəldi ki, oğlumu bıçaqlayıb dərəyə atıblar. Biz də gəldik gördük ki, oğlumun meyitini tullayıb qaçıblar.Bütün qurumlardan xahiş edirəm, mənim oğlumun qatilini tapsınlar. Oğlum dünən evdən çıxıb  qayıtmamışdı. Evdən çıxanda dedi, ana, gedirəm əhəng alım gəlim. Öz evimizi təmir edirdi, həyətimzdə təmizilik  işləri aparırdı. Mənim oğlumu öldürüb məni düzdə qoydular. Oğlum boşanmışdı, iki azyaşlı oğlu var", - deyə ölən şəxsin anası bildirib. 

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью