Ailəsi meyitini qəbul etmədi

09.04.2025

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yurdundan uzaqlarda dəfn edildi


Sakaryanın Serdivan rayonunda yaşayan və dostları tərəfindən ölü tapılan 30 yaşlı rəqqasə son səfərinə yola salınıb. 

Sherg.az xəbər verir ki, ötən gün Serdivan rayonunda baş verən hadisədə 30 yaşlı rəqqasə T.T.-dən xəbər ala bilməyən dostları evinə gedib. Evə girənlər gənc qadını hərəkətsiz vəziyyətdə görüblər. Vəziyyətin bildirilməsi üzərinə bölgəyə sağlamlıq və polis qrupları sövq edilib. 

Hadisə yerinə gələn tibb qrupları T.T.-nin öldüyünü müəyyən ediblər. Polis qrupları məsələ ilə bağlı araşdırmalara başlayıb və hadisənin intihar ola biləcəyi ehtimalını nəzərdən keçirir. Gənc qadının əvvəllər də intihara cəhd etdiyi də iddia edilib. 

Şanlıurfada yaşayan ailəsi tərəfindən qəbul edilməyən gənc rəqqasənin cənazəsi yarılmaq əməliyyatlarından sonra Mersinli bibisi, dayısı və əmisi oğulları tərəfindən qəbul edilib. Gənc qadın  Əmirsultan-2 qəbiristanlığında dəfn edilib. Mərasimdə T.T.-nin bibisi, dayısı, əmioğluları, dostları və məscid camaatı iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью