Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Türkiyəli müğənni və aktyor Özcan Denizin həyat yoldaşı Samar Dadgar ağır itki ilə üzləşib.
Axşam.az xəbər verir ki, Samarın 3 yaşlı bacısı oğlu Liam vəfat edib.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edərək kədərini ifadə edib.
“Bu gün səhərə yaxın 3 yaşlı bacım oğlunu itirdik. Zəng edən, halımı soruşan, dərdimizi bölüşən hər kəsə təşəkkür edirəm. Ancaq hazırda heç kimlə danışa biləcək vəziyyətdə deyiləm. Anlayışınız üçün təşəkkür edirəm” deyə, Samar bildirib.