Ailəsini ölümlə təhdid etdilər deyə 6 qol buraxdı

16.09.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Boliviya çempionatında futbol dünyasını sarsıdan biabırçı insident qeydə alınıb.

“Qafqazinfo” “derbyderbyderby.it” nəşrinə istinadla xəbər verir ki, “Quabira” klubu növbəti tur çərçivəsində “Olveys Redi” komandasına 0:6 hesabı ilə məğlub olub.

Rüsvayçı məğlubiyyətdən sonra “Quabira”nın baş məşqçisi Leonardo Eqes sensasion bəyanatla çıxış edib. Argentinalı mütəxəssis bildirib ki, komandanın qapıçısı Manuel Ferel oyun boyu kəskin psixoloji gərginlik altında olub. Buna səbəb qarşılaşmadan öncə futbolçunun və onun ailə üzvlərinin birbaşa ölüm təhdidləri almasıdır.

“Bu yolla onu öz komandasının əleyhinə oynamağa məcbur etməyə çalışıblar”, – deyə məşqçi qeyd edib.

Lakin məşqçi belə bir təhlükəli vəziyyətdə qapıçını niyə əvəzləmədiyinə aydınlıq gətirməyib. Məlumata görə, qalmaqallı hadisə ilə bağlı Boliviya Prokurorluğu artıq genişmiqyaslı araşdırmalara başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью