Aİnin Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçi”ləri yenidən aktivləşib ANBAAN GÖRÜ…
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" "fəaliyyətləri"ni davam etdirirlər.
Milli.Az xəbər verir ki, bununla bağlı ordu.az-a yeni görüntülər daxil olub.
Məlum olub ki, saat 10:25-də Zəngilan rayon Ağkənd kəndi istiqamətində, Qafan Aeroportunun ərazisinə Sünik kəndi istiqamətindən Aİ-yə məxsus 2 ədəd "Toyota" markalı nəqliyyat vasitəsinin gəlməsi və içindən 4 nəfər Aİ-nın əməkdaşının düşməsi (1 nəfər qadın) bizim ərazini müşahidə etməsi görüntülənib.
Saat 11:20-də Qubadlı rayonu Fətəlitəpə kəndi istiqamətində, Gorus rayonu Kornidzor kəndi ərazisindən Aİ-yə məxsus 2 ədəd "Toyota" markalı minik avtomobillərinin gəlməsi, avtomobillərdən 5 nəfər Aİ-nin əməkdaşlarının düşməsi, müşahidə cihazı ilə ərazilərimizi müşahidə etmələri qeydə alınıb.
Quşçu Ayrım kəndi istiqamətində isə saat 11:00-də sərhəddə, Tbilisi-İcevan magistral yolunda 3 ədəd nəqliyyat vasitəsinin dayanması və 3 nəfər Aİ əməkdaşı ərazini müşahidə ediblər.
Sözügedən kənd istiqamətində saat 12:40-da Tiblisi-İcevan magistral yolunda Aİ-yə məxsus 2-ədəd nəqliyyat vasitəsinin dayanması və 6 nəfər əməkdaşın bizim ərazilər istiqamətində çəkiliş və müşahidə aparması görüntülənib.
Aİ-yə məxsus olan 2 ədəd "Jeep" markalı avtomobil sərhədin digər istiqamətində 5 şəxsin Azərbaycan ərazisini müşahidə etməsi qeydə alınıb.
Tam oxu
Xəbəri oxu