Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqı Şurası Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasının mandatını 14 dekabr 2026-cı ilə qədər uzadıb.
APA xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasının “X” platformasındakı paylaşımında bildirilib.
“Gürcüstanın tək beynəlxalq monitorinq nümayəndəliyi olaraq, biz bölgədə sülh və sabitliyə olan öhdəliyimizi bir daha təsdiq edirik”- deyə paylaşımda qeyd edilib.