Aİnin Mülki Müşahidə missiyası təxribatları davam etdirməklə məşğuldur | Icma.az
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının (Aİ) dırnaqarası "Mülki" Müşahidə missiyası fəaliyyətini başa çatdırmaq əvəzinə, təxribatları davam etdirməklə məşğuldur.
Fransanın İrəvandakı səfiri Olivye Dekotininin dekabrın 10-da Ermənistanla Azərbaycanın şərti sərhədinə gəlib ərazilərimizi müşahidə etməsinin ardınca, ötən gün Niderlandın İrəvandakı səfiri Marike Monroy-Vinter də bədnam "binokl diplomatiyası"na qoşulub.
Xanım səfir Aİ-nin Ermənistandakı müşahidə missiyasının ofisində olub, həmin missiyanın tərkibindəki Niderlanddan olan şəxsi heyətlə görüşüb və Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə yerləşən Xaçık kəndi ərazisində patrul dəstəsinə qoşulub, ərazilərimizi durbinlə müşahidə edib.
Bunu “Xalq Cəbhəsi”nə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.
O, qeyd edib ki, beləliklə, Aİ müşahidəçilərinin və səfirlərin xətti ilə təxribatlar davam edir.
2022-ci ilin oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə razılaşdırılmış Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti, əslində, çoxdan bitməliydi.
Çünki bu missiya qısamüddətli missiya kimi yaradılmışdı. Lakin sonradan Makronun "xeyir-dua"sı ilə Aİ və Ermənistan məkrli addım ataraq, söz
Tam oxu
Xəbəri oxu