Aİnin müşahidə missiyasının Ermənistanda qalma müddəti uzaldılacaq

10.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistandakı müşahidəsi missiyasının qalma müddətinin daha iki il uzadılmasını təklif edib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti Ali Nümayəndənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Üzv dövlətlərin bu təklifi alqışladığı və hazırda Aİ Şurasının müvafiq qurumları ilə lazımi hüquqi aktların müzakirə edildiyi” vurğulanıb.

O da qeyd edilib ki, “Şuranın Aİ müşahidə missiyasının mandatının uzadılmasına dair qərarı yaxın günlərdə gözlənilir”.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью