Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq. Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları to
Bakupost.az xəbər verir ki, bununla bağlı Ordu.az-a yeni görüntülər daxil olub.
Məlum olub ki, saat 10:25-də Zəngilan rayon Ağkənd kəndi istiqamətində, Qafan Aeroportunun ərazisinə Sünik kəndi istiqamətindən Aİ-yə məxsus 2 ədəd "Toyota" markalı nəqliyyat vasitəsinin gəlməsi və içindən 4 nəfər Aİ-nın əməkdaşının düşməsi (1 nəfər qadın) bizim ərazini müşahidə etməsi görüntülənib.
Saat 11:20-də Qubadlı rayonu Fətəlitəpə kəndi istiqamətində, Gorus rayonu Kornidzor kəndi ərazisindən Aİ-yə məxsus 2 ədəd "Toyota" markalı minik avtomobillərinin gəlməsi, avtomobillərdən 5 nəfər Aİ-nin əməkdaşlarının düşməsi, müşahidə cihazı ilə ərazilərimizi müşahidə etmələri qeydə alınıb.
Quşçu Ayrım kəndi istiqamətində isə saat 11:00-də sərhəddə, Tbilisi-İcevan magistral yolunda 3 ədəd nəqliyyat vasitəsinin dayanması və 3 nəfər Aİ əməkdaşının ərazini müşahidə etməsi müşahidə olunub.
Sözügedən kənd istiqamətində saat 12:40-da Tiblisi-İcevan magistral yolunda Aİ-yə məxsus 2-ədəd nəqliyyat vasitəsinin dayanması və 6 nəfər əməkdaşın bizim ərazilər istiqamətində çəkiliş və müşahidə aparması müşahidə olunub.
Aİ-yə məxsus olan 2 ədəd "Jeep" markalı avtomobil sərhəddin digər istiqamətində 5 şəxsin Azərbaycan ərazisini müşahidə etməsi qeydə alınıb.
Bu aktivləşmələr bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil.