Air Arabia nın xəritəsində Xankəndinin adı hələ də təhrif olunaraq yazılır

26.10.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Air Arabia" aviaşirkətinin təyyarələrində istifadə olunan xəritədə Azərbaycanın Xankəndi şəhərinin adı hələ də "Stepanakert" kimi qeyd olunur.

Bu barədə məlumat BAKU.WS-ə daxil olub.

Vətəndaş bildirib ki, o, bununla bağlı şirkətə rəsmi müraciət edib, lakin problem hələ də həllini tapmayıb.

Məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) sorğu ünvanladıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью