AirBadminton üzrə Avropa çempionatındakı rəqiblərimiz məlum olub

04.09.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Sabah Bakıda startı veriləcək Airbadminton üzrə Avropa çempionatında rəqiblərimiz müəyyənləşib. İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Millimiz Niderland və Xorvatiya yığmaları ilə birgə "B" qrupunda yer alıb. Komandamız ilk oyununu sentyabrın 5-də Xorvatiya yığmasına qarşı keçirəcək. Oyun saat 16:00-da başlayacaq.

"A" qrupunda Fransa, Bolqarıstan və Gürcüstan, "C" qrupunda isə Almaniya, Türkiyə və Yunanıstan seçmə kollektivləri yer alıb.

Qarşılaşmalar Avropa Oyunları Parkında keçiriləcək. Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью