“Airbus” 194 milyon dollarlıq müqavilə imzalayıb

29.03.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Böyük Britaniyanın "Airbus" şirkəti Avropa Kosmik Agentliyi ilə 150 milyon funt-sterlinq (təxminən 194 milyon ABŞ dolları) dəyərində müqavilə imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu müqavilə çərçivəsində şirkət ilk Mars tədqiqat aparatı üçün eniş platforması hazırlayacaq. Aparatın 2030-cu ildə Marsa enməsi planlaşdırılır.Qeyd edək ki, "Rosalind Franklin" adlı Mars tədqiqat aparatı 2022-ci ilin sentyabrında buraxılması nəzərdə tutulurdu.

Buraxılış Rusiyaya məxsus raket vasitəsilə həyata keçirilməli idi. Lakin Ukraynadakı müharibəyə görə bu plan ləğv edilib.

Səbinə Uğur
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью