“Airbus” müştərilərinə 84 təyyarə təhvil verib

09.12.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

“Airbus” şirkəti noyabrda müştərilərinə 84 kommersiya təyyarəsi təhvil verib.

Avtosfer.az xəbər verir ki, bununla il ərzində sifarişçilərə çatdırılan təyyarə sayı 643-ə çatıb. Şirkət illik planı olan 770 hava gəmisini müştərilərə təhvil vermək üçün dekabrda 127 təyyarə yollamalıdır.

“Airbus” ötən ay 30 yeni sifariş qəbul edib. 2024-cü il üzrə təsdiqlənmiş sifariş sayı 742-dir. İl ərzində 37 sifariş isə ləğv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью