“Airbus” noyabrda müştərilərinə 84 təyyarə təhvil verib

09.12.2024

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Airbus” şirkəti noyabrda müştərilərinə 84 kommersiya təyyarəsi təhvil verib.

AZƏRTAC xəbər verir ki, bununla il ərzində sifarişçilərə çatdırılan təyyarə sayı 643-ə çatıb. Şirkət illik planı olan 770 hava gəmisini müştərilərə təhvil vermək üçün dekabrda 127 təyyarə yollamalıdır.

“Airbus” ötən ay 30 yeni sifariş qəbul edib. 2024-cü il üzrə təsdiqlənmiş sifariş sayı 742-dir. İl ərzində 37 sifariş isə ləğv edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью