“Airbus” noyabrda müştərilərinə 84 təyyarə təhvil verib AZƏRTAC

09.12.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 dekabr, AZƏRTAC

“Airbus” şirkəti noyabrda müştərilərinə 84 kommersiya təyyarəsi təhvil verib.

AZƏRTAC xəbər verir ki, bununla il ərzində sifarişçilərə çatdırılan təyyarə sayı 643-ə çatıb. Şirkət illik planı olan 770 hava gəmisini müştərilərə təhvil vermək üçün dekabrda 127 təyyarə yollamalıdır.

“Airbus” ötən ay 30 yeni sifariş qəbul edib. 2024-cü il üzrə təsdiqlənmiş sifariş sayı 742-dir. İl ərzində 37 sifariş isə ləğv edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью