Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
"Gürcüstanın Avropa İttifaqına üzvlük imkanı yalnız 2030-cu ildə yaranacaq. Bizim planımız bu tarixə yönəlib. Danışıqların bərpası Avropa stukturlarının əlindədir. Danışıqlara başlasınlar, biz bunu qəbul edib, imzalayıb icra edəcəyik".
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.
Onun sözlərinə görə, ölkədəki hazırkı etirazların məzmunu yoxdur.
"Buna görə aksiyalarda çıxışlar olmadı, onlar debatlardan qaçdılar və danışıqlar əvəzinə səs-küyü seçdilər. Onlar mövcud olmayana qarşı etiraz edirlər", - spiker söyləyib.