Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türk müğənni Semiramis Pekkan musiqi sektoruna daxil olma prosesindən və bacısı, müğənni Ajda Pekkanla aralarında yaşanan incikliklərdən danışıb.
OLAY yazır ki, musiqi karyerasının başlanğıcından bəhs edən Pekkan bunları deyib:
“Ajda musiqi həyatına başladı və çox böyük uğur qazandı. Daha sonra mənə gəlib “Ona rəqib ol” dedilər. İlk işlədiyim ayın qazancı ilə Nişantaşından mənzil aldım. Bunu Ajdaya dedim. O isə “Aman, 5 mahnı əzbərlə, get” dedi”.
Pekkandan musiqi həyatını yarımçıq qoymasında bacısı Ajda Pekkanın təsirinin olub-olmadığı soruşulub. O, bu suala belə cavab verib:
“Xeyr, elə bir xahişi olmayıb. Amma onun ilk reaksiyaları mənə çox təsir etdi. Bu, mənim üçün çox böyük iqtisadi sıçrayış idi. Ajda ilə musiqidə rəqabət aparmağım mümkün idimi? O vaxtlar heç ona rəqib olacağımı da düşünmürdüm. Təəssüf ki, o, bir qədər belə zənn etdi, amma vacib deyil. Mən onun heç nəyinə toxunmadan öz yolumla irəlilədim. Sadəcə, o, bunu tam anlamadı. Bilmədiyi üçün uşaqcasına reaksiyalar göstərdi. Mən heç vaxt dava-dalaşı sevməmişəm, münaqişədən qaçan biriyəm”.