Ajda Pekkanın 32 il əvvəlki açıqlaması gündəm oldu

17.03.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məşhur müğənni Ajda Pekkanın plastik əməliyyatlarla bağlı illər əvvəlki müsahibəsi yayılıb.  

BAKU.WS xəbər verir ki, o 1993-cü ildə müğənni Sezen Aksunun verilişinə qonaq olarkən gözəl görünmək üçün  plastik əməliyyatların vacib olduğunu qeyd edib. 

"Çoxlu plastik əməliyyat etdirmək mənim əlimdə deyil. Yolda xanım ya bəy kimi görsəm, onun plastik əməliyyata ehtiyacı varsa bunu mütləq ona bildirərəm. Bu mənim yaradıcı tərəfimdir. Əgər onun bir qüsuru varsa "Kaş tanış olaydı ona bunu bildirərdim" deyirəm.

Plastik əməliyyatlara marağım çoxdur. Bəlkə də bu səbəbdəndir ki, çoxlu əməliyyatlar etdirmişəm"- deyə o bildirib.

Müsahibədən də görünür ki, bu günə qədər bir çox plastik əməliyyat etdirən ifaçı 32 il əvvəl də eyni fikirdə  olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью