Ajda Pekkanın stilisti saçlarımı məhv etdi

18.08.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aparıcı Xoşqədəm Hidayətqızı Türkiyədə qarşılaşdığı hadisə ilə bağlı sosial mediada şərh bildirib.

Axşam.az-ın məlumatına görə, aparıcı türkiyəli müğənni Ajda Pekkanın stilistinin saçlarını yandırdığını açıqlayıb:

"Oxşar hissi keçən il yaşadım və davam edir. Üç il qulluq etdim, proqram zamanı daha çox hörgüyə üstünlük verdiyim saçımı Türkiyədə məhv etdilər. Guya Ajda Pekkanın ustası idi. Əslində, mən heç vaxt ustamı dəyişmirdim, sadəcə, Bakıya gec dönəcəkdim. Saçımı məhv etdilər. Bu gün bir il tamam olur, amma hələ də saçım pis gündədir. O qədər qulluğa rəğmən. Tanımadığınız salona, ustaya saçınızı həvalə etməyin! Ən yaxşısı olsa belə".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью