AK dan Moldovaya VACİB ADDIM

05.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Komissiyası Moldovaya islahatlarla bağlı 18 öhdəliyi yerinə yetirdikdən sonra inkişaf planı çərçivəsində ölkəyə 157 milyon avro maliyyə dəstəyi ayırıb.

Bakıvaxtı.az Moldova mediasına istinadən xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Brüsseldə keçirilən Moldova-Avropa İttifaqı (Aİ) Assosiasiya Şurasının iclası zamanı bildirib.

M.Kosun sözlərinə görə, Moldovaya maliyyə dəstəyinin növbəti tranşı iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına yönəlib. İnkişaf Planı çərçivəsində ölkə 2025–2027-ci illər dövrü üçün 1,9 milyard avroyadək vəsait alacaq. Bu da Kişineu üçün ən böyük maliyyə yardımı paketidir.

"Moldova bu vəsaitlərin ödənilməsini təmin etmək üçün son dərəcə mühüm islahatlar həyata keçirib. İndi biz İnkişaf Planının konkret hədəflərə çatması üçün səylərimizi fəallaşdırmalıyıq. Əgər bu yolla getməyə davam etsəniz, bu il İnkişaf Planı çərçivəsində 500 milyon avrodan çox vəsait ala bilərsiniz", – o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью