AK: Kür İslandiya təmsilçisinə qarşı

30.11.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsi çərçivəsində bu gün İslandiyanın “Haukar” klubu ilə üz-üzə gələcək.

Fanat.Az xəbər verir ki, qarşılaşma Mingəçevirin “Kür” Olimpiya İdman Tədris Mərkəzində baş tutacaq.

Oyun saat 17:00-da başlayacaq.
Görüşü moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdiuk idarə edəcək.

Qeyd edək ki, razılaşmaya əsasən komandalar arasında cavab görüşü də sabah Mingəçevirdə keçiriləcək. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью