AK müdafiə məqsədilə 8 ölkə üçün 74 milyard avro krediti təsdiqləyib

26.01.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Komissiyası SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) təşəbbüsü çərçivəsində ikinci milli müdafiə planlarını təsdiqləyərək, səkkiz üzv dövlətə hərbi hazırlıqlarını təcili olaraq artırmaq üçün milyardlarla dollarlıq kreditlərin verilməsinə yol açıb.

"Report"un Avropa Bürosu Avropa Komissiyasının rəsmi məlumatına istinadən xəbər verir ki, komissiya Aİ Şurasına 8 ölkəyə maliyyələşdirmə təmin etmək üçün təklif təqdim edib. Söhbət Estoniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Polşa, Slovakiya və Finlandiyadan gedir. Polşanın bütün iştirakçı ölkələr arasında ən çox, təxminən 44 milyard avro almağı nəzərdə tutulur.

Kredit müqavilələri imzalandıqdan sonra bu səkkiz ölkə təxminən 74 milyard avro maliyyələşdirməyə çıxış əldə edəcək. Bunlar strateji hərbi quruculuq üçün nəzərdə tutulmuş uzunmüddətli, aşağı faizli kreditlərdir.

Aİ Şurasının artıq icra qərarını rəsmi olaraq qəbul etmək üçün dörd həftəsi var. Razılaşmaların yekunlaşdırılmasından sonra ilk ödənişlərin ölkələrə 2026-cı ilin mart ayında edilməsi gözlənilir.

Bu arada, Brüssel növbəti maliyyələşdirmə dalğalarına daxil ediləcək qalan Aİ üzv dövlətlərinin planlarını qiymətləndirməyə davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью