AK onlayn görüşlərdə AI əsaslı proqram təminatının istifadəsini qadağan edib

17.04.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa Komissiyası (AK) biznes və istehlakçılar üçün getdikcə populyarlaşan ünsiyyət vasitəsinə çevrilən süni intellekt (AI) ilə işləyən virtual köməkçilərin onlayn görüşlərdə istifadəsinə qadağa qoyub.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, “Süni intellekt agentlərindən istifadəyə icazə verilmir”, - deyə iclas başlamazdan əvvəl ekranlarda görünən slaydda yerləşdirilən yazıda qeyd olunub. Qəzet xəbər verir ki, AK bu qaydanı keçən həftə ilk dəfə tətbiq etdiyini etiraf edib, lakin qərarın qəbul edilməsinin səbəbləri barədə ətraflı məlumat verməkdən imtina edib.

“Politico” Brüsselin süni intellekt agentlərinin gündəlik həyatda və biznesdə istifadə ediləcəyi dövrə hazırlaşmağa artıq başladığını nəzərə alaraq, Aİ-nin icraedici orqanının bu addımını gözlənilməz və qəribə adlandırıb. Texnalogiya və virtual reallıq üzrə daha AK-ın geniş sənədlər paketi 31 martda nəşr oluub.

"AI agentləri virtual mühitləri dərk etmək və onlarla qarşılıqlı əlaqədə olmaq üçün nəzərdə tutulmuş proqramlarıdır", - deyə bildirilir. Sənəddə qeyd olunur ki, süni intellekt agentləri “avtonom şəkildə işləyə” bilərlər, lakin onların işi “əvvəlcədən müəyyən edilmiş qaydalar”la tənzimlənir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью