Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rumıniya sahillərində göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşları olan ticarət gəmisinin dron hücumuna məruz qalması ilə bağlı narahatlığını ifadə edib.
“Qafqazinfo” xəbər verir ki, AK rəhbəri bu barədə “X” hesabında paylaşım edib.
O bu hücumların beynəlxalq hüquqa açıq şəkildə zidd olduğunu bildirib.