AK rəhbəri: Avropa təcili silahlanmalıdır!

02.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

London sammitində liderlər Ukraynanın güclü mövqe tutması üçün yaxşı və səmimi müzakirə aparıb.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

O qeyd edib ki, Ukraynanın iqtisadi və hərbi mövqelərini dəstəkləyən hərtərəfli təhlükəsizlik zəmanətləri lazımdır.

AK rəhbəri hesab edir ki, Avropanın yenidən silahlanmasına təcili ehtiyac var və Avropa Komissiyası martın 6-da Avropa Şurasına bu məsələ ilə bağlı plan təklif edəcək:

"Çünki biz həqiqətən ciddi addımlar atmalıyıq. İndi uzun müddət ərzində müdafiəyə investisiyaların artırılması çox vacibdir. Bu, AB-nin təhlükəsizliyi üçün lazımdır və biz yaşadığımız geostrateji mühitdə ən pis vəziyyətə hazırlaşmalıyıq, buna görə də müdafiəmizi gücləndirməliyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью