AK Rusiya aktivləri vasitəsilə Ukraynaya 6 milyard avro köçürəcək

13.11.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Komissiyası (AK), ümumi məbləği 45 milyard avroya çatan və G7 ölkələri tərəfindən dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirdən istifadə etməklə təmin edilən ERA kredit xətti çərçivəsində Ukraynaya təxminən 6 milyard avro vəsait ayrıldığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bunu Avropa Parlamentindəki çıxışında açıqlayıb.

"Bu gün ERA proqramı çərçivəsində Ukraynaya 6 milyard avro vəsait ayrıldığını elan edirik", - deyə fon der Leyen qeyd edib.

O, Avropa Komissiyasının bu hərəkətlərinin əsas məqsədinin Rusiyanın Ukraynada  hərbi əməliyyatlar aparmasına qarşı özünü müdafiə xərclərini artırmaq olduğunu deyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью