AK sədri: Aİ ABŞ ilə əməkdaşlığa hazırdır, lakin qarşılıqlı münasibətlərdə öz maraqlarını qoruyacaq

07.02.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı (Aİ) ABŞ ilə əməkdaşlığa və eyni zamanda öz ticari-iqtisadi maraqlarını qorumağa, Birləşmiş Ştatların Avropa mallarına rüsum tətbiq edəcəyi halda isə bu addıma cavab verməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Polşanın Baş naziri Donald Tusk ilə Qdanskda birgə mətbuat konfransında bildirib.

“Aİ və ABŞ arasında ticarət Atlantikanın hər iki tərəfindəki insanlar və biznes üçün faydalıdır. Dünyanın heç bir yerində Avropa İttifaqı və Birləşmiş Ştatlar kimi bir-biri ilə bu qədər sıx bağlı olan iki böyük iqtisadiyyat yoxdur”, - o qeyd edib.

Fon der Lyayenin sözlərinə görə, rüsumlar biznes xərclərini artırır, həm istehsalçılara, həm də istehlakçılara ziyan vurur, lüzumsuz iqtisadi problemlər yaradır:

"Buna görə də məsələ məqsədyönlü ədalətsiz və ya özbaşına tədbirlərlə bağlı olduqda Avropa İttifaqı qətiyyətlə cavab verəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью