AK sədri: Avropa Trampa cavab verəcək

11.02.2025

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa ABŞ-nin polad və alüminium idxalına tətbiq edəcəyi yüksək tariflərlə bağlı siyasətinə cavab verəcək. 

Sfera.az xəbər verir ki, bununla bağlı açıqlamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen verib. O qeyd edib ki, Avropa İttifaqı (Aİ) ABŞ-nin polad və alüminiuma tətbiq etdiyi rüsumlardan dərin təəssüflənib.

Tariflər biznes üçün pis, istehlakçılar üçün isə daha pisdir, deyən von der Leyen, ədalətsiz tariflərin cavabsız qalmayacağını, sərt və eyni dərəcədə əks tariflərə səbəb veriləcəyini söyləyib. Leyen, Aİ-nin iqtisadi maraqlarını qorumaq üçün hərəkətə keçəcəklərini bildirib. 

Xatırladaq ki, ötən gün Donald Tramp bütün ölkələrdən idxal olunan polad və alüminium məhsullarına 25 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı sərəncam imzalayıb. Martın 12-də qüvvəyə minəcək yeni tariflərin hazır metal məhsullarına da tətbiqi nəzərdə tutulur.

Vasif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью