Icma.az bildirir, Azvision portalına istinadən. AzVision.az xəbər verir ki, AK sədrinə etimadsızlıq barədə təşəbbüs AP-nin Solçular fraksiya
“Biz belə qənaətə gəldik ki, Usrula fon der Lyayenin rəhbərliyi altında AK Avropa Parlamentinin etimadını itirib.
Şəffaflıq, hesabatlılıq və beynəlxalq hüquq prinsiplərinə hörmət etmədiyi üçün onun istefasına çağırırıq”, - etimadsızlıq səsverməsinin mətnində deyilir.
Parlamentarilərin fikrincə, Brüssel və Vaşinqton arasında ticarət sazişi Avropa İttifaqı (Aİ) üçün “zərərli və assimmetrikdir və qarşılıqlı faydalılıq prinsipinə söykənmir”.
Solçular fraksiyası AK-ni, həmçinin Fələstin-İsrail münaqişəsində, xüsusən də “Qəzza zolağında İsrail hökumətinin qəddar hərbi hücumları və beynəlxalq və humanitar hüququ sistematik şəkildə pozması” məsələsində fəaliyyətsizlikdə ittiham edib.
Bununla bağlı avroparlamentarilər İsraillə assosiasiya sazişinin ləğvini, yəhudi dövlətinə qarşı sanksiyaların tətbiq olunmasını və ona silah tədarükünə hərtərəfli embarqo qoyulmasını tələb ediblər.
- Etimadsızlıq səsverməsi oktyabrın əvvəlində keçirilə bilər.
Müzakirələrə və sonrakı səsverməyə başlamaq üçün təklif 72 avropalı deputat tərəfindən dəstəklənməlidir.