AK ümid edir ki, fon der Leyen Trampla ilk dəfə Papanın dəfn mərasimində görüşəcək

24.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Avropa Komissiyası (AK) Romada Ursula fon der Leyen və ABŞ prezidenti Donald Tramp arasında hər iki liderin Papa Fransiskin dəfn mərasimində iştirak edəcəyi ilk qeyri-rəsmi görüşü təşkil etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, bunu Brüsseldə keçirdiyi brifinqdə AK-nin mətbuat xidmətinin rəhbəri Paula Pinyu deyib.

“Biz görüşün mümkünlüyünü araşdırırıq, lakin hələ heç nə təsdiqlənməyib. Roma səfəri Papa Fransiskin dəfn mərasiminə həsr olunub. Amma yas mərasimində başqa imkanlar yaranarsa, təbii ki, ondan istifadə olunacaq”, - deyə Pinyu bildirib.

Eyni zamanda, o, jurnalistlərin Avropa Komissiyasının rəhbəri fon der Leyen və Tramp arasında görüş üçün rəsmi müraciət edib-etməməsi ilə bağlı suallarına cavab verməkdən yayınıb.

Qeyd edək ki, Tramp inauqurasiyadan sonra Avropa Komissiyasının rəhbəri ilə görüşməyib.

Eyni müddət ərzində ABŞ dövlət katibi Marko Rubio bu məqsədlə xüsusi olaraq iki dəfə Vaşinqtona gələn Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas ilə görüşünü artıq ləğv edib. Rubio bunu "cədvəlin uyğunsuzluğu" ilə əlaqələndirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью