Akademik Cəlal Əliyevin xatirəsi anılıb

31.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Böyük alim və ictimai-siyasi xadim, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıcısı akademik Cəlal Əliyevin vəfatından doqquz il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi, Botanika İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, AMEA Biologiya və Tibb Bölməsinin nümayəndələri, Cəlal Əliyev məktəbinin tələbələri və yaxınları onun Fəxri xiyabandakı məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью