“Akademik Həsən Əliyev” gəmi bərəsi istismara qaytarılıb | Icma.az
Icma.az bildirir, Milli.az portalına istinadən. AZCON Holdinq şirkətlərindən olan ASCO-nun "Akademik Həsən Əliyev" gəmi-bərəsi əsaslı təmir
Milli.Az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb. Bildirilib ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa mü
Təmir müddətində gəmi-bərənin sualtı və suüstü hissəsi, aşağı və yuxarı vaqon göyərtəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənə
Sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri təmir olunub, avar valları saz hala gətirilib, göyərtədə və maşın şöbəsində boru işləri yerin
Gəmi üzrə elektrik quraşdırma və avtomatika işləri görülüb.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni 1 dəst girokompas "Standard-22 NX", hava məlumatlarının qəbuledicisi "Navtex NX700" tipli avadanlıqlar quraşdırılıb, bərə 6 ədəd VHF tipli əl radiostansiyası ilə təchiz edilib.
Həmçinin gəminin GPS və komanda yayım qurğularında əsaslı təmir işləri aparılıb və tam işlək vəziyyətdə gəmi heyətinə təhvil verilib.
Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.
Tam oxu
Xəbəri oxu