Akademik İradə Hüseynova AMEA nın Fəxri fərmanı ilə təltif olunub

06.06.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 iyun, AZƏRTAC

Akademik İradə Hüseynova AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, fəxri fərman İradə Hüseynovaya Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə AMEA-nın 80 illiyinə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda keçirilən elmi konfransda təqdim olunub.

Akademik İradə Hüseynovanın elm-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verən AMEA-nın prezidenti İsa Həbibbəyli onu molekulyar biologiya sahəsində görkəmli alim və bacarıqlı elm təşkilatçısı kimi dəyərləndirib, müvafiq elmi istiqamətlər üzrə mühüm nəticələrin müəllifi kimi tanındığını deyib.

İradə Hüseynova əməyinə verilən yüksək dəyərə görə minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью