Akademik İsa Həbibbəyli: Azərbaycanda ilk dəfə olaraq milli fəlsəfə anlayışı elmi dövriyyəyə gətirilib

20.02.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan elmi tarixində ilk dəfə olaraq milli fəlsəfə anlayışı elmi dövriyyəyə gətirilib, materialist fəlsəfə ilə yanaşı, idealist fəlsəfənin də öyrənilməsinin örnəkləri meydana qoyulub.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fevralın 20-də keçirilən Ümumi yığıncağı zamanı “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” adlı məruzəsində söyləyib.

“Akademiyada sahə ensiklopediyaları yaradıcılığına start verilib, “Heydər Əliyev Ensiklopediyası” və “Qərbi Azərbaycan Ensiklopediya”sının hazırlanması istiqamətində əməli addımlar atılıb”, - deyə AMEA rəhbəri qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью