Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Akademik Kamal Talıbzadənin vəfatının 20-ci ildönümünə həsr olunmuş “Elmdə iz qoyan ömür – Kamal Talıbzadə” adlı anım tədbiri keçirilib.
Kulis.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin, eləcə də görkəmli alim Kamal Talıbzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyevin ifasında Zeynəb İsmayılzadənin Abdulla Şaiqin məşhur şeirinə yazdığı “Şaiqanə yad et!” mahnısı səsləndirilib.
Akademik Kamal Talıbzadənin qızı, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə bildirib ki, atası Abdulla Şaiqin zəngin irsini yaşatmaq naminə bu muzeyi yaradıb, ömrünün sonunadək ədəbiyyatşünaslıq elminə və milli mədəniyyətimizin inkişafına xidmət edib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, Kamal Talıbzadənin aspirantı, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı çıxışında Kamal müəllimin ədəbiyyat tarixində apardığı tədqiqatların bu gün də öz elmi əhəmiyyətini qoruyub saxladığını diqqətə çatdırıb.
Tədbirdə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Musayev və başqaları çıxış edərək Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatşünaslığına verdiyi mühüm töhfələrdən danışıblar.
Tədbirdə alimin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Azərbaycanlı xanəndə İrandan Bakıya gələrkən saxlanıldı Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri İTV-nin Yayım Şurasına yeni namizədlər - Siyahı