Akademik: Məqsədimiz Azərbaycan ədəbiyyatını Asiya xalqlarına daha dərindən tanıtmaqdır AZƏRTAC

16.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 dekabr, AZƏRTAC

Bu gün "Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar" mövzusunda keçirilən beynəlxalq elmi konfrans daha çox ədəbi əlaqələrimizin hansı aspektlərdə qurulacağı istiqamətində prioritetlərin müəyyənləşməsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli jurnalistlərə müsahibəsində söyləyib. Akademik bildirib ki, eyni zamanda, konfrans Azərbaycan ədəbiyyatını, mədəniyyətini, ölkəmizi Asiya xalqlarına daha dərindən tanıtmaq, gələcək əlaqələrimizin bünövrəsini qoymaq kimi vəzifələrini yerinə yetirəcək. Konfransda Çin, Hindistan, Cənubi Koreya, Pakistan, Orta Asiya, Türkiyə və başqa ölkələrdən gələn tanınmış alimlər, ədəbiyyat institutlarının rəhbərləri, akademiyalardan məşhur şəxslər iştirak edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью