Akademik Milli Dram Teatrında yeni Bədii Şura formalaşıb AZƏRTAC

16.01.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni Bədii Şura formalaşıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2023-cü ilin sonunda yaradılan Bədii Şura bir illik uğurlu fəaliyyətdən sonra öz işini başa vurub.

Teatrın yeni Bədii Şurasının sədr Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, sədr müavini Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, məsul katibi Akademik Milli Dram Teatrının ədəbi dram hissəsinin rəhbəri Cavid Zeynallıdır. Bədii Şurasının üzvləri sırasında

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin teatr sektorunun müdiri Böyükxanım Talıbova, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Sabir Məmmədov, Əməkdar artist Füzuli Hüseynov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov yer alıb. Şuranın fəxri üzvləri isə Xalq yazıçısı Elçin Əfəndiyev və Xalq yazıçısı, akademik Kamal Abdullayevdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью