Akademik: Universitetlərdə texnoparkların yaradılması elmitədqiqat işlərinə ciddi töhfə ve…
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 27 dekabr, AZƏRTAC Qərb universitetlərindəki texnopark modelinə uyğun strukturların bizim universitetlərdə də yaradılması çox faydalı olardı.
Amma bu, yalnız formal xarakter daşımamalıdır, real fəaliyyətə əsaslanmalıdır.
Əgər belə imkan yaradılsa, alimlər və tələbələr birgə işləyər, ideyalarını reallaşdıra və nəticələrini görmə şansı əldə edərlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri akademik Telman Əliyev deyib.
“Bu məsələ çox vacibdir və təhsilin səviyyəsinin yüksəldilməsi üçün prioritet olmalıdır.
Universitetin bu istiqamətdə inkişafı həm tələbələrin praktiki biliklərinin artırılmasına, həm də elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinə ciddi töhfə verə bilər”, - deyə akademik əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu