Icma.az bildirir, Azertag portalına istinadən.
Altıncı dəfədir ki, “Yüksəliş" müsabiqəsi keçirilir. Əslində, mən “Yüksəliş”i sadəcə bir müsabiqə yox, bir hərəkat hesab edirəm. Bunun özü də çox düşündürücüdür. AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib.