Akademik Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub | Icma.az
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə keçirilən "Yusif Məmmədəliyev: Elm. İrs.
İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib.
Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, konfrans iştirakçılarından ibarət nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın prezidenti İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva və digər tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbir çərçivəsində Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzinin açılışı olub.
Mərkəzdə “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgiyə baxış olub.
Akademik və ensiklopedik nəşrlərin üstünlük təşkil etdiyi sərgidə alimin həyat və elmi fəaliyyətini özündə əks etdirən və məqalələrindən ibarət 4 dildə - Azərbaycan, rus, ingilis və macar dillərində kitablar, jurnallar, eyni zamanda qəzet materialları yer alır.
Tam oxu
Xəbəri oxu