Akademikdən açıqlama: Soyuq yerdə oturmaq sonsuzluğa səbəb olmur

17.06.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Elmlər Akademiyasının akademiki, professor Gennadi Suxıx qızların soyuq səthdə oturmasının birbaşa sonsuzluğa səbəb olması ilə bağlı yayılmış fikrin doğru olmadığını bildirib.

Sherg.az xəbər verir ki, professorun sözlərinə görə, qısa müddət soyuq yerdə oturmaq təhlükəli deyil. Lakin uzunmüddətli və davamlı soyuqlama çanaq nahiyəsində iltihabi proseslərə səbəb olur ki, bu da müalicə olunmadığı təqdirdə sonsuzluq riskini artırır.

Professor vurğulayıb ki, qızları “soyuq yerdə otursan, uşağın olmaz” kimi fikirlərlə qorxutmaq düzgün deyil. Onun fikrincə, sonsuzluğun səbəbləri daha mürəkkəbdir və təkcə soyuqla əlaqələndirilə bilməz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью