Akademiyanın 86 minlik tenderi ləğv olunub

18.10.2025

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası tərəfindən digər malların və avadanlıqların satınalınması məqsədilə elan olunan tender ləğv olunub.

Mia.az 32gun.az-a istinadla xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 86.274 manat təşkil edirdi.

Lakin satınalma proseduru təklif verən və müvafiq lisenziya və icazəyə malik təchizatçıların sayının üçdən az olması səbəbindən dayandırılıb.

Rəsmi sənədlərdə bildirilir ki, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən, iştirakçıların sayının yetərsiz olması səbəbindən müsabiqənin ləğv olunması qərara alınıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью