Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Mançester Siti”nin sabiq futbolçusu, hazırda “İnter”də çıxış edən Manuel Akanci klubun maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsindən sonra narahatlığını bölüşüb.
İdman.Biz Nau” nəşrinə istinadən xəbər verir ki, müstəqil komissiyanın qərarından sonra İsveçrə millisinin üzvünün “Mançester Siti” ilə qazandığı titullar, o cümlədən iki Premyer Liqa çempionluğu, iki İngiltərə Kuboku və Çempionlar Liqası zəfəri təhlükə altındadır.
“Mən hələ də bir neçə oyunçu ilə əlaqə saxlayıram, lakin sizdən çox bilmirəm. Bizə sakit olmağı, hər şeyin onların nəzarəti altında olduğunu və heç bir dəhşətli hadisənin baş vermədiyini dedilər. Mən “Mançester Siti” rəhbərliyinə etibar edirəm ki, vəziyyət belədir. Ümid edirəm ki, titullarımı itirməyəcəm. Çox təəssüf olardı. Amma mən də bütün bunları yalnız xəbərlərdə görürəm. Kim bilir, onlar daha nə üzə çıxara bilərlər”, - deyə Akanji müsahibəsində bildirib.
Qeyd edək ki, “Mançester Siti” müstəqil komissiyanın qərarından rəsmi olaraq apellyasiya şikayəti verib.