Akardan Suriyadakı toqquşmalarla bağlı mühüm çağırış | Icma.az
Icma.az, Axar.az portalına istinadən məlumat verir. Suriyadakı qarşıdurmalar Türkiyənin hüdudlarından kənarda baş verən hadisələrdir.
Biz “Heyət Təhrir əş-Şam” qruplaşmasını uzaqdan tanıyırıq, özbaşına hərəkət edirlər, amma onlara göstəriş verənlər də ola bilər.
Axar.az xəbər verir ki, bunu Türkiyənin sabiq milli müdafiə naziri, millət vəkili Hulusi Akar deyib.
Sabiq nazir bildirib ki, Ukrayna müharibəsi ilə əlaqədar Rusiyada yorğunluq və passivlik hökm sürür: “Rejim (Suriya – red.) əleyhdarı qruplar passivlikdən istifadə edirlər.
PKK/YPG-nin nə olduğu Türkiyəyə aydındır. Çox diqqətli davranmalı və lazımi təhlükəsizlik tədbirləri görməliyik.
Hadisələri Türkiyə Xarici İşlər Nazirliyi izləyir. Ən ciddi sual budur: Onlar əldə etdikləri bölgələri möhkəm saxlaya biləcəklərmi?” H.Akar
Bu hərəkatın ən böyük həssaslığı Rusiya və rejimin hava qüvvələridir. Bunları yaxından izləmək və boşluqlara yol verməmək vacibdir.
Əsəd vaxtında bizimlə əməkdaşlıq etsəydi, iş bu mərhələyə gəlməzdi”.
Tam oxu
Xəbəri oxu