akart da yeni limitlər

22.04.2026

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

21 may 2025-ci il tarixindən etibarən "akart"ın limitlərində tətbiq edilən dəyişiklik qüvvəyə minəcək.

Marja.az-ın əldə etdiyi məlumata görə, pul köçürmələri üzrə limitlərdə - digər kartlara gündəlik köçürmə limiti (W2C) 7500 AZN-dən 5000 AZN-ə, kart istifadəçiləri arasında gündəlik köçürmə limiti (P2P) 5000 AZN-dən 3000 AZN-ə, aylıq ümumi köçürmə limiti (W2C -  vasitəçi bank üzərindən digər bank kartlarına köçürmə) 50 000 AZN-dən 20000 AZN-ə endirilib. 

Aylıq ümumi köçürmə limiti (P2P- vasitəçi bank və ya üçüncü tərəf olmadan köçürmə) isə 5000 AZN-dən 20000 AZN-ə qaldırılıb.

ATM nağdlaşdırma limitləri üzrə - gündəlik nağdlaşdırma limiti 5000 AZN.  birdəfəlik nağdlaşdırma limiti 2000 AZN, aylıq nağdlaşdırma limiti 10000 AZN gündəlik maksimum əməliyyat sayı 5 dəfə müəyyən olunub.

M10 sisteminə köçürmələr üzrə limitlərdə - gündəlik köçürmə limiti 3 000 AZN, aylıq ümumi köçürmə limiti 20 000 AZN, gündəlik maksimum əməliyyat sayı 15 dəfə müəyyənləşdirilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью