“Akash” zenit raket kompleksinin ilk batareyasını Ermənistana göndərilir

12.11.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistan “Akash” zenit raket kompleksinin ilk batareyasını Ermənistana göndərir.

Gununsesi.info Globalinfo.az-a istinadla xəbər verir ki, məlumatı “Akash” komplekslərinin istehsalçısı olan “Bharat Electronics Limited” şirkəti yayıb.

“Hindistan hökumətində müdafiə istehsalı üzrə katib Sanciv Kumar “Akash”ın ilk batareya sistemlərinin xarici dost ölkəyə eksporta barədə siqnal verdi”, –məlumatda bildirilib.

Qeyd edək ki, “Akash” sistemləri yer-hava tipli raketlərə sahibdir. O, təyyarələr, raketlər, hava-torpaq tipli raketləri, eləcə də PUA-ları 25 kilometrə qədər məsafədə məhv etmək gücündədir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью