AKF tərəfindən təltif edildi FOTO

22.01.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Karate Federasiyası (AKF) 2025-ci ilin yekunlarına həsr olunan tədbir təşkil edib.

İdman.Biz xəbər verir ki, tədbirdə il ərzində federasiyanın fəaliyyətinə göstərilən dəstək xüsusi olaraq qiymətləndirilib.

Bu çərçivədə İdman.Biz Azərbaycan Karate Federasiyasına göstərdiyi informasiya dəstəyinə görə Fəxri diplomla təltif olunub.

Qeyd edək ki, Azərbaycan Karate Federasiyasın prezidenti Ülvi Quliyev tərbirdə çıxış edərək ötən il görülən işlərə toxunub, Azərbaycan karateçilərinin beynəlxalq yarışlarda, o cümlədən MDB Oyunlarında uğurla çıxış etdiyini və 200-dən çox medal qazandıqlarını bildirib. O, dövlət qayğısını xüsusi vurğulayıb, idmançılara, məşqçilərə və hakimlərə təşəkkür edərək, onların gələcəkdə də ölkəni beynəlxalq arenada layiqincə təmsil edəcəklərinə inandığını qeyd edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью