AKF WKF ə rəsmi üzv qəbul edilib

24.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycan Karate Federasiyası (AKF) Dünya Karate Federasiyasına (WKF) rəsmi üzv qəbul edilib.

Bu barədə İdman.biz-ə AKF-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda karate üzrə akkreditasiyadan keçən yeganə federasiya olan AKF, nəinki WKF qaydalarına uyğun idman karatesini inkişaf etdirir, eləcə də ölkəmizdə müxtəlif karate üslublarını (fənn) vahid sistem altında birləşdirərək onların inkişafına dəstək verir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью