AKİ dağılır? 87 üzv İttifaqdan çıxarıldı

05.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin 28 avqust 2026-cı il tarixli iclasında qəbul edilmiş qərarla İttifaqın 87 üzvü üzvlükdən çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, AKİ-nin bir qrup üzvü son zamanlar yaranmış böhran vəziyyəti ilə əlaqədar imza kompaniyası başladıblar.

Onlar qeyd olunan məsələlərlə bağlı İttifaq üzvlərinə, İttifaqın ali orqanı olan Qurultaya (Konfransa), eləcə də İttifaqın İdarə Heyətinə müraciət ünvanlayaraq bildiriblər: pizza

“İdarə Heyəti üzvlükdən çıxarılan 87 nəfərin hər biri ilə bağlı ayrıca açıqlama verilsin və həmin şəxsin İttifaqın Nizamnaməsinin konkret olaraq hansı maddəsini pozduğunu hüquqi əsaslarla izah edilsin. Bu əsaslandırmalar Konfransda İttifaq üzvlərinin diqqətinə çatdırılsın.

İdarə Heyətinin 28 avqust 2026-cı il tarixli iclasının tam və ətraflı protokolu Konfransdan əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi internet səhifəsində dərc edilərək İttifaq üzvlərinin diqqətinə çatdırılsın.

İttifaqın 87 üzvünün üzvlükdən çıxarılması kimi mühüm qərarın əsasları İttifaq üzvlərinə açıqlanmalı, qərarın hansı faktlara əsaslandığı göstərilməlidir. İttifaqın fəaliyyətində şəffaflığın təmin edilməsi baxımından İdarə Heyətinin sözügedən iclasının protokolunun dərc olunması zəruridir”.

Müraciəti imzalayanlar:

1. Quliyev Rövşən - Əməkdar incəsənət xadimi

2. Məhərrəmbəyli Maarif

3. Cəfərov Rasim - Əməkdar artist

4. İsayeva Reyhan

5. Mila Əlibəyova

6. Məmmədov Səbuhi

7. Heydərova Ülviyyə

8. Məmmədov Pərviz

9. Muradov Murad

10. Xanəlizadə Elxan

11. Həsənova Pərvanə

12. Həsənov Pərviz

13. Dadaşov Nicat

14. Abdullayev Soltan

15. Ərturan Nəcəfi Göl

16. Allahverdiyev Rəhman

17. Qəhrəmanov Asif

18.Rzayev Elnur

19. İlkin Yusif

20. Əsgərov Rza

21. Musayev Kənan

22.Ağayev Namiq

23. Mahir Dərviş

24. Azəryar Vaqif

25.Sultanov Əli

26. Mustafayev Sirac

27. Sədaqət Kamal

Qeyd edək ki, avqustun 28-də keçirilən iclasda İttifaqın I katibi Şəfiqə Məmmədovanın sədrliyə alternativsiz namizəd olması barədə qərar qəbul olunub.

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью